Kiyevdən Putinə xəbərdarlıq: “Rusiyaya 7500 “Yük 200” yola salınacaq”
Bizi izləyin

Dünya

Kiyevdən Putinə xəbərdarlıq: “Rusiyaya 7500 “Yük 200” yola salınacaq”

Hazırda Donbas hövzəsində Rusiya Federasiyası ordusunun 10 batalyon-taktik qrupu, o cümlədən 7,5 min döyüşçüsü var.

Publika.az unian.net saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik Xidmətinin sədrinin məsləhətçisi Markiyan Lubkivski "1+1" telekanalının efirində deyib.

“Donetsk və Luqansk “xalq respublikaları” ərazisində Rusiyanın 10 batalyon-taktik qrupu, o cümlədən 7500 hərbçisi cəmlənib. Biz Rusiya prezidentini və onun vətəndaşlarını xəbərdar etmək istəyirik ki, Rusiyaya 7500 “Yük 200"ün yola salınması ehtimalı böyükdür”, - deyə M.Lubkivski bildirib.

Daha əvvəl Milli Təhlükəsizlik Xidməti Donbas hövzəsində Rusiyanın 5 min hərbçisi və 25 min yerli döyüşçünün olduğunu açıqlamışdı. Həmçinin, Lubkivskinin sözlərinə görə, Rusiyanın diversiya-kəşfiyyat qrupları son vaxtlar fəallaşıb və onlar Ukraynanın bütün ərazisində Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən məhv edilir.

Dünən isə ATƏT-in müşahidə missiyası əsgər cənazələrinin daşınmasında istifadə olunan avtomobillərin Rusiya-Ukrayna sərhədini keçərkən müşahidə olunduğu barədə məlumat yayıb. Müşahidə missiyasının sonuncu hesabatında üzərində “Yük 200” yazılmış avtomobillərin ötən gün separatçıların nəzarətində olan Donetsk bölgəsinə keçərək elə həmin axşam geri qayıtdığı bildirilib. Rusiyaya qayıdan avtomobilin təftiş edilməsinə izin verilmədiyi deyilir.

Qeyd edək ki, Rusiya hərbçilərinin məxfi dilində döyüşdə həlak olanlar “Yük 200” adlandırılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm