“Kalaşnikov”la bağlı müəllif hüquqları mübarizəsi
Bizi izləyin

Dünya

“Kalaşnikov”la bağlı müəllif hüquqları mübarizəsi

Dünyada ən çox istifadə edilən avtomat olan “Kalaşnikov”un ixtiraçısı Mixail Kalaşnikovun ailəsi müəllif hüquqları uğrunda mübarizəyə başlayıb.

Publika.az “Radikal”a istinadən xəbər verir ki, 2013-cü ilin sonunda 94 yaşında vəfat edən Mixail Kalaşnikovun ailəsi Çindən “AK-47” tipli oyuncaq avtomatlar gətirən rus biznemenləri, eləcə də çinli isrehsalçıları məhkəməyə verəcək. “RIA Novosti” xəbər agentliyinin xəbərinə görə, Kalaşnikovun qızı və nəvəsinin qurduğu “M.T.Kalaşnikov” şirkəti Rusiya və Çin şirkətlərindən təzminat tələb edir. Tələb edilən təzminatın məbləği 2-6 min dollar arasındadır.

Xatırladaq ki, Kalaşnikovun ixtira etdiyi avtomat dünyanın dörd bir yanında ordular, üsyançılar və terrorçular tərəfindən istifadə edilir.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm