Məşhur aktyorun “Şaman” ləqəbli qohumu Ukraynada məhv edildi
Bizi izləyin

Dünya

Məşhur aktyorun “Şaman” ləqəbli qohumu Ukraynada məhv edildi

Donbas hövzəsində “Şaman” ləqəbi ilə məşhurlaşan rusiyalı terrorçu Oleq Frolov məhv edilib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Ukrayna ordusu ilə döyüşlərdə “Novorossiya” terrorçularının diversiya-kəşfiyyat qrupuna rəhbərlik edən “Şaman” könüllü olaraq uzaq Arxangelskdən gəlib.

Məlumata görə, Rusiya döyüşçüsünün hesabında Ukrayna ordusuna qarşı çoxsaylı diversiya əməliyyatlar var. Onun rusiyalı aktyor Dmitri Dyujevin qardaşı (əmisi və ya dayısı oğlu) olduğu bildirilir. Bu informasiya jurnalistlərə açıqlama verən Dmitrinin qohumları tərəfindən də təsdiqlənib.

Ancaq Dyujevin “Şaman”dan fərqli baxışlara sahib olduğu deyilir. Belə ki, Dyujev sosial şəbəkələrdə Rusiya və Ukrayna vətəndaşlarına açıq müraciət edərək Rusiya hakimiyyətinin hərəkətləri üçün üzr istəyib və Kreml rəhbərliyini qanunsuz hərəkətlərdə ittiham edib. “Şaman”isə Donbasdakı münaqişənin ilk günündən separatçıları dəstəkləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm