“Boinq-777”nin vurulması ilə bağlı peyk şəkilləri yayıldı
Bizi izləyin

Dünya

“Boinq-777”nin vurulması ilə bağlı peyk şəkilləri yayıldı

Rusiyanın “Birinci kanalı” Donbas hövzəsində “MH-17” reysi ilə uçan “Boinq-777” sərnişin təyyarəsinin “hava-hava” tipli raketlə vurulduğunu göstərən peyk şəkilləri nümayiş etdirib.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, şəkillər xarici casus-peyk tərəfindən şəkilib.

Proqramın aparıcısı Mixail Leontyev bildirdi ki, şəkillər 12 noyabrda Mühəndislərin Rusiya İttifaqının əlinə keçib. Fotoda sərnişin layneri və qırıcı, qırıcının sol qanadının altından isə "hava-hava" tipli raketləri üçün tipik inversiya izi görünür.

Mixail Leontyev Mühəndislərinin Rusiya İttifaqının birinci vitse-prezidenti İvan Andrievskiyə istinadən qeyd edib ki, şəkil çox yüksək olmayan orbitdən çəkilb və onun analizi zamanı heç bir saxtakarlıq əlaməti aşkarlanmayıb.

“Adətən hava və yerüstü sahənin ümumi kəşfiyyatı üçün belə şəkillər hazırlanır. Şəkildə göstərilmiş koordinatlara uyğun olaraq biz güman edə bilərik ki, şəkil amerika və ya ingilis peykindən çəkilib”, - deyə İvan Andrievski vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm