“G20” sammitinin qonaqları "Putin burqer” yeyəcəklər
Bizi izləyin

Dünya

“G20” sammitinin qonaqları "Putin burqer” yeyəcəklər

“Böyük iyirmiliyin” (“G20”) sammitin keçiriləcəyi Avstraliyanın Brisben şəhəri sammitə xüsusi hazırlaşıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, 15-16 noyabrda keçiriləcək sammitdə bəzi müəssisələr qonaqlara Rusiya və ABŞ prezidentlərinin adları ilə bağlı tematik menyu təklif edəcəklər.

Rusiya prezidenti Vladimir Putinin adı ilə bağlı olan yemək menhyusu "Putin burqer”, onun amerikalı həmkarı Barak Obamanın adı ilə bağlı olan menyu isə “Obamarama Burger” adlanır.

Qeyd edək ki, “G20”yə Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Avropa Birliyi, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, Cənubi Afrika Respublikası (CAR), Cənubi Koreya və Yaponiya daxildir. “G20”nin payına dünyanın ümumi daxili məhsulun 85 faiz, dünya ticarətinin isə 80 faizindən çoxu düşür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm