İŞİD neftsiz qaldı
Bizi izləyin

Dünya

İŞİD neftsiz qaldı

İŞİD silahlıları İraqda daha bir mövqelərini itiriblər.

Publika.az xəbər verir ki, İraq rəsmiləri hökumət qüvvələrinin İslam Dövləti yaraqlılarını Bağdadın şimalındakı neftayırma şəhəri olan Beycidən çıxarılması haqqında məlumat yayıb.

Qeyd edək ki, terrorçular bu ilin əvvəlində İraqın şimal və qərb bölgələrinə hücumu zamanı Beycini də ələ keçirmişdi. Beyci İD yaraqlılarının bu ilin iyun ayında ələ keçirdikləri böyük şəhərlərdən biri olan Mosula gedən əsas avtomobil yolunda yerləşir.

Birləşmiş Ştatların müdafiə naziri Çak Heygel İD yaraqlılarına qarşı mübarizənin daha effektiv olması üçün Birləşmiş Ştatların başçılığı ilə hava və İraqın quru qüvvələrinin hücumlarının gələcəkdə intensivləşməli olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm