Gürcü əsgərlərinə kamikadze hücumu: 3 yaralı
Bizi izləyin

Dünya

Gürcü əsgərlərinə kamikadze hücumu: 3 yaralı

Əfqanıstanda Baqram hərbi bazasında kamikadze özünü partladıb.

Publika.az-ın Gürcüstan mediasına istinadfən verdiyi məlumata görə, hadisə nəticəsində ərazi patrul çəkən üç gürcü hərbi qulluqçusu yaralanıb.

Yaralılar hərbi hospitala çatdırılıb. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Qeyd edək ki, gürcü hərbçiləri Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində Əfqanıstanda xidmət aparır. Gürcü hərbçiləri noyabrın əvvəlindən Baqram təyyarə bazasına nəzarət edirlər. Bundan əvvəl isə baza Amerika hərbi qulluqçularının nəzarəti altında idi. Baza Parvan əyalətində, paytaxt Kabilin şimalında yerləşir.

Gürcüstan hərbi kontingenti 2009-cu ildən Əfqanıstandadır. Onun sayı 1500-dür. Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, 2014-cü ildən sonra missiyada 750 gürcü hərbi qulluqçu iştirak edəcək.

Əfqanıstandakı olduğu dövrdə gürcülər 29 nəfər itki verib. Gürcüstanda hərbçilərin Əfqanıstandan çıxarılması ilə bağlı çağırışlar dəfələrlə səslənib. Ancaq nə Mixail Saakaşvili, nə daha indiki “Gürcü arzusu” hakimiyyəti dövründə bu çağırışlar yerinə yetirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm