Ukrayna G-20-ni 21 etmək istəyir
Bizi izləyin

Dünya

Ukrayna G-20-ni 21 etmək istəyir

Ukraynanın xarici işlər naziri Pavel Klimkin "Böyük iyirmiliyin” (“G20”) sammitində ölkəsinin iştirakına ümid edir.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, o, bu barədə Nazirliyin “Twitter” mikrobloqunda yazıb.

“Ukrayna 21-ci ölkə olaraq sammitdə iştirak etməlidir. Sabitlik və dünyada qaydaların icrası bizdən asılıdır. Ümid edirəm ki, bunu hamı anlayır", - deyə Klimkin yazıb.

Qeyd edək ki, “G20”nin sammiti 15-16 noyabrda Avstraliyanın Brisben şəhərində keçiriləcək. Sammitdə Ukraynada vəziyyətin müzakirəsi də planlaşdırılır.

“G20”nin tərkibinə Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Avropa Birliyi, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, Cənubi Afrika Respöublikası (CAR), Cənubi Koreya və Yaponiya daxildir. “G20”nin payına dünyanın ümumi daxili məhsulun 85 faiz, dünya ticarətinin isə 80 faizindən çoxu düşür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm