Rusiya jurnalistləri Luqanskda atəş altına düşüb
Bizi izləyin

Dünya

Rusiya jurnalistləri Luqanskda atəş altına düşüb

Rusiyanın "Rossiya 1" telekanalının çəkiliş qrupu Luqansk vilayətində atəş altına düşüb.

Publika.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, çəkiliş qrupundan heç kim zərər çəkməyib. Hadisənin vilayətin inzibati mərkəzindən təxminən 15 kilomert şimal-şərqdə baş verdiyi bildirilir.

“Bu gün orada şiddətli döyüşlər gedib. Ukrayna ordusu zirehli texnikanın böyük qrupunu ərazidə cəmləyib və Luqanska daxil olmağa çalışır. Jurnalistlərin olduğu əraziyə atəş təxminən "Aydar" batalyonunun mövqelərindən açılırdı. Jurnalistlərdən heç kimi zərər çəkməyib”, - deyə telekanalın saytında deyilir.

Bundan başqa, xəbərdə deyilir ki, bir gün əvvəl də "Xəbərlər" çəkiliş qrupu Donetsk ətrafında atəş altına düşüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm