Koalisiya təyyarələri İŞİD-ə növbəti aviazərbələr endirib
Bizi izləyin

Dünya

Koalisiya təyyarələri İŞİD-ə növbəti aviazərbələr endirib

ABŞ-ın rəhbərlik etdiyi koalisiya güclərinin təyyarələri “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının mövqelərini son gün ərzində 35 aviazərbə endirib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, İŞİD-in Suriyadakı mövqelərinə 19, İraqdakı mövqelərinə isə 16 aviazərbə endirilib.

Daha bir dəfə isə “Əl-Qaidə" terror təşkilatına bağlı "Xorasan” radikal qruplaşması mövqeləri koalisiya güclərinin hədəfi olub.

Xatırladaq ki, Suriyada İŞİD-ə qarşı hava hücumları 23 sentyabr, İraqda isə avqust ayından başlayıb. İŞİD bu ilin yayında Suriya və İraqda ələ keçirdiyi ərazilərdə "Xilafət" elan edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm