İsveç hələ də ərazi sularına daxil olan sualtı qayığı axtarır
Bizi izləyin

Dünya

İsveç hələ də ərazi sularına daxil olan sualtı qayığı axtarır

"Hərbçilər kiçik sualtı qayığın sərhədi pozaraq İsveç ərazi sularına daxil olduğunu təsdiqləyə bilərlər. Biz hər hansı alternativ izahatı istisna edirik”.

Publika.az xəbər verir ki, bunu İsveç Silahlı Qüvvəllərinin komandanı Sverker Göranson Stokholmda keçən mətbuat konfransında deyib.

General deyib ki, sualtı qayığın hansı ölkəyə məxsus olduğunu demək mümkün deyil. Amma İsveç xarici sualtı qayığın ərazi sularına daxil olmasını təsdiqləyən dəlillərə malıkdir.

Oktyabr ayında İsveç hərbiyyəsi Stokholm arxipelaqı yaxınlığında soyuq müharibənin başa çatmasından bəri sualtı qayığın axtarışı ilə bağlı ən miqyaslı əməliyyatını keçirib.

Axtarışda hərbi gəmilər, helikopter və quru qoşunlarının 200-dək əsgəri iştirak edib.

Öncədən İsveç sularına Rusiya qayığının daxil olduğu bildirilirdi.Rusiya bu iddiaları rədd edərək sualtı qayığın İsveç dəniz qüvvələrilə müştərək təlimlər keçirən Hollandiyaya məxsus ola biləcəyini demişdi. Hollandiya isə öz gəmisinin naməlum sualtı qayığının peyda olmasından əvvəl həmin yerdən çıxarıldığı bildirərək iddiaları rədd etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm