Ukraynanın yeni hökumətinə namizədlərin adları açıqlandı
Bizi izləyin

Dünya

Ukraynanın yeni hökumətinə namizədlərin adları açıqlandı

Ukraynanın baş naziri Arseniy Yasenyuk yeni Nazirlər Kabinetinə namizədlərinin adlarını açıqlayıb.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, baş nazir Vladimir Qroysmanın inzibati islahatlar üzrə baş nazirin müavini vəzifəsinə təyin edilməsini təklif edir.

A.Yasenyukun yeni Nazirlər Kabinetinə təklif etdiyi digər namizədlər isə aşağıdakılardır:

- İqor Jdanov - humanitar məsələlər üzrə baş nazirin müavini

- Arsen Avakov - daxili işlər naziri

- Pavel Petrenko - ədliyyə naziri

- Vitali Livosenko - maliyyə naziri

- İvan Miroşniçenko - aqrar-sənaye kompleksi məsələləri üzrə baş nazirin müavini

- Sergey Kvit - təhsil naziri

- Dmitri Şimkiva - iqtisadiyyat naziri

- Andrey Koboleva - energetika və kömür sənayesi naziri

- Yevgeni Nişukom – mədəniyyət naziri

- Vasiliy Lazorişinsa – səhiyyə naziri

- Pavel Rozenko – sosial siyasət naziri

- Denis Silantyev - idman naziri

- Pavel Klimkin - xarici işlər naziri

- Stepan Poltorak - müdafiə naziri

- Anna Qopko - ekologiya naziri

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm