Türkiyə İŞİD tələsində – tək xilas yolu: Əsədlə ittifaq
Bizi izləyin

Dünya

Türkiyə İŞİD tələsində – tək xilas yolu: Əsədlə ittifaq

“Ankarayla Dəməşq arasında bir zamanlar Kabil və İslamabad arasında olduğu kimi alyans yaratmaq zamanı gəlib”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə türkiyəli ekspert Əhməd Qasım Xan çıxış edib.

O, Türkiyənin hazırkı rəhbərliyinin bu tip siyasi manevrə hazır olmadığını bildirib:

“Əfqanıstan “Taliban”ının Pakistanı özünün əsas yükboşaltma bazası kimi istifadə etdiyinə bənzər şəkildə Türkiyədən də İŞİD istifadə edəcək. Bundan başqa İŞİD öz çiyinlərində Türkiyəyə Əl Qaidəni də gətirəcək. Bu terror təşkilatı hər dəfə yenidən doğulur. Təşkilatın dayaq nöqtələri Türkiyə kimi qonşu ölkələrdə də var ki, bunu da ciddi sübutlarla təsdiqləmək olar. İŞİD-ə qarşı təşkil olunan əməliyyatın Türkiyəyə təsir edəcəyi qaçılmazdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm