Nigeriyada Boko Haram şiddəti: 16 ölü
Bizi izləyin

Dünya

Nigeriyada Boko Haram şiddəti: 16 ölü

Boko Haram yaraqlıları Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətinə hücum edib.

Axar.az xəbər verir ki, hücumda 16 nəfər həlak olub.

Keşiş Məhəmməd Naqanın “Anadolu” agentliyinə verdiyi məlumata görə, yaraqlılar Quoza qəsəbəsinə yemək və sığınacaq tapmaq üçün gələn qrupdan 16 nəfərini öldürüb.

Xatırladaq ki, hal-hazırda Nigeriyada 12 bölgə və 50-dən çox kənd Boko Haramın nəzarəti altındadır. Nigeriyanın şimal-şərqindəki əyalətlərə 5 ildir müəyyən fasilələrlə hücumlar təşkil edən Boko Haramın son 6 ayda təşkil etdiyi hücumlarda təhlükəsizlik işçiləri də daxil olmaqla 2 min nəfər həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm