Dünya
Etiraf: "Rusiyaya qarşı etirazlara ABŞ rəhbərlik edir"
Birləşmiş Ştatlar dünyada Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı etirazlara rəhbərlik edir.
Publika.az xəbər verir ki, bu barədə Avstraliyada Quinslend Universitetində çıxış edən ABŞ prezidenti Barak Obama deyib. Obamanın sözlərinə görə, Rusiya iyul ayında Malayziya Hava Yollarına məxsus MH 17 sərnişin təyyarəsini vurmaqla dünyaya təhlükə olduğunu göstərib.
Xatırladaq ki, iyulda Amsterdamdan Kuala Lumpura uçan təyyarə Ukraynada üsyançıların nəzarətində olan ərazidə vurulmuşdu.
Ukrayna prezident Petro Poroşenko isə bildirib ki, Ukraynanın şərqində vəziyyət Rusiyanın dəstəklədiyi separatçılarla danışıqlar vasitəsilə nizama salınmalıdır. Buna baxmayaraq, Poroşenko dünən deyib ki, əgər atəşkəs razılığı uğursuzluğa düçar olsa, Ukrayna ordusu döyüşmək arzusunda və iqtidarındadır.
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi