Ərinin qatilləri ilə seks partisi təşkil etdi - FOTO
Bizi izləyin

Dünya

Ərinin qatilləri ilə seks partisi təşkil etdi - FOTO

Polşanın Olsztin şəhərində fiziki qüsurlu ərini öldürtdükdən sonra qatillərlə seks partisi təşkil edən beş uşaq anası Joanna Grabovskinin məhkəmə prosesi başa çatıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, 30 yaşlı qadın ömürlük azadlıqdan məhrum edilib.

Grabovski bildirib ki, əri Piotr Grabovskini “kişi dostlarının onlarla birlikdə yaşamasına icazə vermədiyi üçün” öldürmək qərarına gəlib. J.Grabovski ərini öldürmək göstərişini isə 42 yaşındakı sevgilisi Jacek Pavalaka verib. Pavalaka isə 31 yaşlı Łukasz Kaminski ilə birlikdə P.Grabovskini kəmərin köməyi ilə boğub.

Törədilən cinayətdən dərhal sonra Kaminski və Pavalak Grabovski ilə seks partisi təşkil etdiyi bildirilir.

Grabovskinin ən az 25 il həbsdə qalacağı, Kaminski və Pavalakın cəzalarının isə qarşıdakı günlərdə açıqlanacağı deyilir. Məhkəmə qadının beş uşağının isə dövlət himayəsinə götürüləcəyi barədə qərar veriv.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm