Ukrayna böhranının G20-də müzakirəsi təklif olunub
Bizi izləyin

Dünya

Ukrayna böhranının G20-də müzakirəsi təklif olunub

Avstraliyada keçirilən G20 sammitində iştirak edən BMT-nin Baş katibi Pan Gi Mun Ukraynada yaranmış vəziyyətin Rusiya, ABŞ və Avropa İttifaqı tərəfindən sammit meydanında müzakirə edilməsini vacib sayır.

Publika.az-ın məlumatına görə, təşkilatın rəhbəri Brisbendə keçirdiyi mətbuat konfransında Ukraynanın şərqindəki münaqişənin qlobal problemlərin həlli istiqamətində səyləri heçə endirəcək soyuq müharibəyə gətirib çıxara biləcəyindən ehtiyat etdiyini deyib.

“İyirmilər qrupu”na daxil olan bütün liderləri, əsasən ABŞ və Rusiyanı bu məsələni “sammit meydanında” çözməyə çağıran Pan Gi Mun, həmçinin Ukraynanın cənub-şərqində münaqişənin davam etməsinin, gərginlik və zorakılığın beynəlxalq sülhə və təhlükəsizliyə xələl gətirməklə yanaşı, dünya iqtisadiyyatına zərbə vurduğunu da qeyd edib.

Bundan başqa Suriya, İraq və Nigeriyanın şimalında cərəyan edən hadisələrə və qlobal dəyişikliklərə də toxunan BMT rəhbəri Ebola virusunun yayılma tempinin hələ də yüksək olduğunu bildirib və G20 ölkələrini bu təhlükə ilə mübarizədə səylərini artırmağa səsləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm