• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Gürcüstanda heç vaxt Rusiyanın pulu gəzməyəcək”

  • Dünya
  • 15 Noyabr 2014 23:05
  • 442 Baxış
“Gürcüstanda heç vaxt Rusiyanın pulu gəzməyəcək”

“Gürcüstanın taleyi heç vaxt Moskvada həll edilməyəcək".

Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu sözləri “Vahid Milli Hərəkat” Partiyasının bu gün Tiflisdə keçirilən mitinqində təşkilatın liderlərindən olan Asedarax Nikadır deyib.

“Bugünkü mitinq onun sübutudur ki, Gürcüstanda hər şey və hamı Rusiyanın puluna dəyişdirilmir. Gürcüstan üçün çox çətin bir zəmanə gəlib. Rusiya ölkəmizin müstəqilliyinə qarşı güclü təcavüzü həyata keçirir və buna bizim hakimiyyətimiz susur. Hakimiyyət deyir ki, biz Rusiya Federasiyası ilə münasibətləri qaydaya salırıq. Moskva isə daha çox ərazi mənimsəmək istəyir. Bizim hakimiyyətimiz susur, qorxur, titrəyir, amma gürcü ictimaiyyəti oyanıb. Gürcüstanda Rusiyanın pulu gəzməyəcək, Gürcüstanın taleyi heç vaxt Moskvada həll olunmayacaq, Gürcüstanda heç vaxt Rusiyanın mövqeləri güclənməyəcək", - Nika Asedarax mitinqdə çıxışında bildirib.

Onun sözlərinə görə, bugünkü aksiya Tiflisin 40 kilometrliyində dayanan düşmən üçün siqnaldır.

Qeyd edək ki, mitinq iştirakçıları Abxaziya və Cənubi Asetiya ərazilərinin Rusiyaya tam birləşdirilməsinə qarşı çıxıblar.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR