Putin Yanukoviçə verdiyi krediti erkən tələb etməyəcək
Bizi izləyin

Dünya

Putin Yanukoviçə verdiyi krediti erkən tələb etməyəcək

Rusiya Ukraynaya Viktor Yanukoviç dövründə -2013-cü ildə verilmiş 3 milyard dollar kreditin erkən ödənilməsini tələb etməyəcək.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Almaniya mətbuatına müsahibəsində bildirib.

“Həmin kreditlə bağlı belə bir şərt var ki, əgər Ukraynanın ümumi borcu ümumi daxili məhsulun 60 faizini ötərsə, Rusiya Maliyyə Nazirliyi kreditin erkən ödənilməsini tələb etmək hüququna malikik. Əgər biz bu edərikdə, Ukraynanın bütün maliyyə sistemi yenə düşəcək. Buna görə də belə bir qərar qəbul etdik ki, bunu etməyəcəyik. Biz vəziyyəti ağırlaşdırmaq istəmirik. Biz istəyirik ki, Ukrayna nəhayət ayaqları üstə dursun", - deyə Putin deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm