• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bu ölkədə müsəlman qalmaya bilər

  • Dünya
  • 10 Fevral 2014 11:32
  • 645 Baxış
Bu ölkədə müsəlman qalmaya bilər

Vətəndaş müharibəsi səbəbi ilə Mərkəzi Afrika Respublikasındakı bütün müsəlman əhali ölkəni tərk etmək məcburiyyətində qala bilər.Publika.Az –ın BBC-nin türk xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə mərkəzi ABŞ-da yerləşən “Human Rights Watch” beynəlxalq insan hüquqları təşkilatı xəbərdarlıq edib.

Təxminən 4,5 milyon adamın yaşadığı ölkədə müsəlmanlar əhalinin 15 faizini təşkil edir. Keçən il baş verən dövlət çevrilişindən sonra müsəlmanlarla xristianlar arasındakı hərbi qarşıdurmalar ölkəni iflic edib.Beynəlxalq insan hüquqları təşkilatının direktoru Peter Boukkaert BBC-yə açıqlamasında həftə sonunda paytaxt Banguidəki qarşıdurmalarda ən az 10 adamın öldüyünü söyləyib. Boukkaert “tamamilə boşalan müsəlman məhəllələri var. Buradakı evləri yıxıb, onların izlərini silirlər. Müsəlmanlar ya Kemeruna, ya da Cada gedə bilərlər” söyləyib.

Keçən il üsyançı Seleka qrupu Mərkəzi Afrika Respublikasında hakimiyyəti ələ keçirəndən sonra ölkədə xaos mühiti hökm sürür. Ölkənin ilk müsəlman dövlət başçısı olan Mişel Djotodia bölgə ölkələrinin köməyi ilə təmin edilən sülh prosesinə uyğun olaraq istefa vermişdi.

Ancaq Afrikanın ən yoxsul ölkələrindən biri olan, keçmiş fransız müstəmləkəsi Mərkəzi Afrika Respublikasındakı vətəndaş müharibəsi davam edir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR