Putin dünyaya meydan oxudu
Bizi izləyin

Dünya

Putin dünyaya meydan oxudu

“Rusiya Donbas hövzəsində Kiyevin "siyasi rəqiblər"i məhv etməsinə imkan verməyəcək”.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Federasiyasının prezidenti Vladimir Putin Almaniyanın “ARD” teleradio şirkətinə müsahibəsində bildirib.

“Rusiya separatçıları dəstəkləyirmi” sualına cavab olaraq Putin "problemə birtərəfli baxmaq olmaz" deyib.

“Ukraynanın şərqində döyüş əməliyyatları davam edir. Ukrayna hökuməti Donbasa qoşunları daxil etdi. Hətta ballistik raketlər tətbiq edilir. Amma kimsə bu haqda danışırmı? Rusiya imkan verməyəcək ki, Ukrayna hökuməti Donbasdakı bütün siyasi rəqibləri məhv etsin", - deyə Rusiya prezidenti vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm