Kreml Obamanın cavabını verdi
Bizi izləyin

Dünya

Kreml Obamanın cavabını verdi

ABŞ prezidenti Barak Obamanın beynəlxalq təhlükələrdən danışarkən Ebola virusu ilə yanaşı Rusiyanın adını da çəkməsinə Moskvadan cavab verilib.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitənun rəhbəri Aleksey Puşkov Obamanın bu fikirləri fonunda Rusiya və ABŞ arasında münasibətlərin yenidən normallaşmasının qeyri-mümkün olduğunu bildirib.

"Obama vəziyyəti kəskinləşməyə doğru aparır. O, Avstraliyadakı sammitdə Ebola virusu ilə Rusiyanı müqayisə etdi. Onun üçün İŞİD artıq daha kiçik təhlükədir. Belə hücumlar “soyuq müharibə” dövründə belə edilmirdi”, - deyə A.Puşkov qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti Avstraliyanın Brisben şəhərində keçirilən “Böyük iyirmiliyin” sammitində Rusiyanın Ukraynadakı hərəkətlərin sülh üçün təhlükə olduğunu bildirib. “Biz Ebola virusuna və Rusiyanın Ukraynaya təcavüzünə qarşı mübarizədə dünya cəmiyyətinin səylərinə başçılıq edirik. Bunlar dünyadakı sülhə təhlükə törədir. Biz bunu Malayziyanın “Boeing-777” təyyarəsinin məhv edilməsi kimi dəhşətli hadisədə də gördük”, - deyə Obama vurğulayıb. Xatırladaq ki, ABŞ prezidenti BMT Baş Assambleyasının sentyabr ayında keçirilən sessiyası zamanı etdiyi çıxışında Rusiyanın adını terrorçularla yanaşı çəkib. Dünyanın üç təhlükəsindən danışan ABŞ prezidenti bunları Ebola virusu, Rusiyanın təcavüzü və İŞİD terror qruplaşması şəklində sıralayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm