Tüfənglə qorxutdu, azadlığa buraxıldı
Bizi izləyin

Dünya

Tüfənglə qorxutdu, azadlığa buraxıldı

Türkiyənin İzmir şəhərində əlindəki pnevmatik tüfəng və tapançayla havaya atəş açıb çaxnaşma yaradan K.G. məhkəmədən sonra azadlığa buraxılıb.

Türkiyənin İzmir şəhərində əlindəki pnevmatik tüfəng və tapançayla havaya atəş açıb çaxnaşma yaradan K.G. məhkəmədən sonra azadlığa buraxılıb.

Şənbə günü günorta saatlarında baş verən hadisə zamanı psixoloji problemləri olan və spirli içki qəbul etmiş K.G üstündəki hərbi sursatla bölgəyə gəlib.

Bir əlində pnevmatik tüfəng, digər əlindəisə tapançayla xüsusilə kafelərin sıx olduğu bölgədə gəzişməyə başlayan və daha sonra havaya atəş açan K.G. ətrafda çaxnaşma yaradıb. Hadisədən sonra K.G-yə əvvəlcə vətəndaşlar, sonra da polis qrupları müdaxilə edib.

Polisə verdiyi ifadəsində heç kimlə probleminin olmadığını, bir müddətdir işsiz olduğu üçün psixologiyasının pozulduğunu və kiməsə zərər vermək niyyəti olmadığını deyən evli və 2 uşaq atası K.G. əvvəlcə ədliyyəyə sövq edilib.

Məhkəməyə çıxarıln K.G. həbssiz mühakimə üzrə sərbəst buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm