Pakistanda 1200 terrorçu öldürülüb
Bizi izləyin

Dünya

Pakistanda 1200 terrorçu öldürülüb

Şimali Vəziristan və Xeybərdə iyun ayından başlayan “Zarb-e-Azb” əməliyyatları zamanı 1200 yaraqlı öldürülüb.

Publika.az xəbər verir ki bu barədə Pakistan ordusunun sözçüsü general-mayor Asim Salim Bayva ölkənin qəbilələr yaşayan şimal-qərb regionunda həyata keçirilən anti-terror əməliyyatlarının nəticələrini şərh edərkən deyib.

O deyib ki, əməliyyatlar zamanı 200-ə yaxın Pakistan əsgəri öldürülsə də, terrorçulara qarşı mübarizə bütün silahlılar məhv edilənədək davam edəcək.

General-mayorun sözlərinə görə, Pakistan da başqa dövlətlər kimi Yaxın Şərqdə İslam Dövləti qrupunun genişlənməsindən narahatdır və qrupun dəstəkləyicilərinin Pakistan olması barədə məlumatlarla razılaşmır.

Qeyd edək ki, bir həftə əvvəl Pakistanın nüfuzlu qəzeti İslam Dövləti qrupunun Pakistanda mövcudiyyətini artırdığını və yerli tərəfdarlarının orada strateji yerlərə hücum edəcəyi barədə məlumat yaymışdı. "Davn" qəzeti 8 noyabr buraxılışında Pakistanın cənub-qərbində Bəlucistan vilayəti rəsmilərinin Pakistanın dövlət rəsmiləri göndərdiyi məxfi hesabatı üzə çıxarmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm