Birmada tələbələr etiraz aksiyası keçirib
Bizi izləyin

Dünya

Birmada tələbələr etiraz aksiyası keçirib

Birmanın Yanqon şəhərində tələbələr yeni təhsil qanununa etiraz əlaməti olaraq artıq ikinci gündür nümayiş keçirir.

Publika.az-ın məlumatına görə, bu gün, tələbələr ordu tərəfindən 26 il əvvəl dağıdılan Tələbə Həmkarlar İttifaqı binası qarşısında etirazlarını davam etdirərək “Bizi həbs edin” şüarları səsləndiriblər.

Sonra Yanqon Universitetinin bağlı qapıları qarşısında yenidən yürüş keçirən tələbələr universitetin hasarların üzərindən aşaraq içəri daxil olmağa çalışıb.

Hadisələr Barak Obamanın dünən çıxış etdiyi universitetin kampusunda cərəyan edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm