Dünya
Terrorçulara yardım edənlər həbs ediləcək
Yaponiya parlamentinin yuxarı palatası ölkədə terrorçulara və terror təşkilatlarına dəstəyə, xüsusən də bu təşkilatların üzvlərini yerləşdirməyə görə cəzanın sərtləşdirilməsini nəzərdə tutan yeni qanunu təsdiq edib.
Cari ilin dekabrından başlayaraq belə hərəkətlərə görə 10 il
müddətə azadlıqdan məhrumetmə cəzası və həmçinin 10 milyon yen
(təqribən 86 min 200 dollar) miqdarda cərimə tətbiq ediləcək.
Terrorçuluğun dəstəklənməsi anlayışı altında qeyri-qanuni
təşkilatlara silah satılması, həmçinin onların üzvlərinə “torpaq,
bina, əmtəə və xidmətlərin” təqdim olunması nəzərdə tutulur. Bundan
əlavə, qanun terrorizmin birinci və ikinci sponsorları təsnifatını
nəzərdə tutur ki, təqsirli bilinənlərin cəzalandırılması buna uyğun
olaraq həyata keçiriləcək.
Yaponiyada indiyədək mövcud olan qanunvericilik terrorçu
təşkilatlara maliyyə yardımı göstərilməsini qadağan edirdi və Tokio
buna görə həmişə xarici tənqidlərə məruz qalırdı.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO