Putin G20-ni vaxtından əvvəl tərk etdi
Bizi izləyin

Dünya

Putin G20-ni vaxtından əvvəl tərk etdi

Avstraliyada keçirilən G20 samittində siyasi təzyiqlərlə üzləşən Rusiya Prezidenti Vladimir Putin toplantını yarımçıq tərk edib.

Publika.az xəbər verir ki, Putin Sammitin bazar günü keçiriləcək iclasına qatılmayıb. O, yolunun uzun olduğunu bəhanə edərək Avstraliyanı tək edib.

"Xahiş edirəm bu məsələdə fərziyələr irəli sürülməsin. Maliyyə nazirimiz oradadı. Məni buradan Vladivostoka qədər doqquz saatlıq uçuş gözləyir. Sonra Rusiyanın uzaq şərqindən Moskvaya qədər daha doqquz saat uçmaq lazım olacaq. Oradan da evimə gedərək 4 saat dincəldikdən sonra bazar ertəsi işdə olmalıyam. G20 zirvəsinə ev sahibliyi edən Avstraliyanın baş nazirinə erkən ayrılmağımın səbəbini izah etdim, anlayışla qarşıladı" - Putin əlavə edib.

Qeyd edək ki, dünən Qərb ölkələrinin liderləri tərəfindən soyuq qarşılanan Putinin toplantnı erkən tərk edəcəyi haqqında informasiyalar dolaşsa da, Rusiya Prezidentinin mətbuat müşaviri Dmitri Peşkov bunu təkzib etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm