Separatçıların əlindəki əsirlərin sayı açıqlandı
Bizi izləyin

Dünya

Separatçıların əlindəki əsirlərin sayı açıqlandı

Şərqi Ukraynada separatçıların əlində hazırda 703 nəfər əsir saxlanılır.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Əsirlərin Azad Olunması Mərkəzi “Facebook” səhifəsində deyilir.

Mərkəzin məlumatına görə, əsirlikdə yalnız hərbi qulluqçular deyil, həm də mülki şəxslər var.

Qeyd edək ki, Əsirlərin Azad Olunması Mərkəzi "Zabit korpusu" cəmiyyətinin təşəbbüsü ilə yaradılıb. Ukrayna Silahlı Qüvvələr, Milli Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi veteranları onun üzvləridir. Mərkəzin rəhbəri general-polkovnik Vladimir Rubandır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm