Taxta gözündən girib boynundan çıxdı
Bizi izləyin

Dünya

Taxta gözündən girib boynundan çıxdı

Polşada iri taxta parçası 40 yaşlı kişinin gözündən girərək boynundan çıxıb.

Axar.az xəbər verir ki, hadisə Polşanın Konin şəhərində bir kişinin evində təmir işləri apararkən ehtiyatsızlığı nəticəsində baş verib.

Evində təmir aparan polşalı kişi ayağı sürüşərək təxminən 40 santimetr uzunluğu olan taxtanın üstünə yıxılıb. Nəticədə taxta onun gözündən girərək boynudan çıxıb.

Təcili xəstəxanaya aparılan polşalını görən həkimlər dəhşətə gəlib. Başında 40 santimetrlik taxta ilə rentgenə girə bilməyən kişinin başındakı taxtanın kənar yerlərini kəsmək üçün fövqəladə halların əməkdaşları çağırılıb. Hətta kişinin başındakı taxta kəsilərkən ona narkoz verilməyib.

Hazırda həmin şəxs sağ-salamatdır və heç bir orqanına da ziyan dəyməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm