Kiyevdən SOS: Rusiya və separatçılar hücuma hazırlaşır
Bizi izləyin

Dünya

Kiyevdən SOS: Rusiya və separatçılar hücuma hazırlaşır

Donbas hövzəsində terrorçular və Rusiya qoşunları hücuma hazırlaşırlar.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya-analitik mərkəzinin rəhbəri Andrey Lısenko bildirib.

Onun sözlərinə görə, Milli Təhlükəsizlik və Müdafiə Şurası separatçıların və Rusiya qoşunlarının hərbi bölmələrinin hücum hazırlığını qeydə alıb. A.Lısenko həmçinin qeyd edib ki, son günlərdə Ukrayna antiterror güclərinin mövqelərinə qarşı tərəfdən açılan atəşin sayı azalıb. A.Lısenko güman edib ki, bu Ukraynanın şərq regionlarındakı güclü dumanla bağlı ola bilər.

Avstraliyanın Brisben şəhərində keçirilən “Böyük iyirmiliyin” sammitində isə Rusiya prezidenti Vladimir Putin Kanadanın baş naziri Stiven Xarper ilə görüşdə Rusiya qoşunlarının Ukrayna ərazisində olmadığını bildirib. Kanada baş nazirinin “Rusiya qoşunları Ukraynanı tərk etməlidir” tələbinə Putin “Rusiya qoşunlarının Ukraynadan çıxarılması mümkün deyil. Biz orada deyilik” deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm