Rusiyaya qarşı birlik yarandı
Bizi izləyin

Dünya

Rusiyaya qarşı birlik yarandı

ABŞ, Yaponiya və Avstraliya Rusiya Federasiyasına qarşı birgə mübarizə aparacaq.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Barak Obama, Yaponiyanın baş naziri Sindzo Abe və Avstraliyanın baş naziri Toni Ebbott “Böyük iyirmiliyin” sammitində üçtərəfli görüş zamanı razılaşıb.

Məlumata görə, liderlər Krımın Rusiya tərəfindən zəbt edilməsinin nəticələrinə və Rusiyanın Donbas hövzəsində hərəkətlərinə qarşı necə mübarizə aparacağını dəqiqləşdiriblər.

Qeyd edək ki, B.Obamada Avstraliyanın Brisben şəhərində keçirilən sammitdə Rusiyanın Ukrayna kursunun dəyişməyəcəyi halda Rusiyaya təzyiqi gücləndirilməsinin vacibliyini dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm