“Rusiya ətrafında atmosfer dramatik tempdə pisləşir”
Bizi izləyin

Dünya

“Rusiya ətrafında atmosfer dramatik tempdə pisləşir”

Dünyada Rusiya Federasiyası ətrafında atmosfer dramatik tempdə pisləşir.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Polşanın sabiq baş naziri Donald Tusk bildirib.

Onun sözlərinə görə, dünyada Rusiya qarşı münasibət olduqca pisdir və sürətlə pisləşməkdə davam edəcək. İki həftə sonra Avropa Şurasının sədr vəzifəsi icra etməyə başlayacaq sabiq baş nazir bildirib ki, Ukrayna böhranı onun rəhbərliyinin altında Avropa Birliyinin birinci sammitinin əsas mövzusu olacaq: “Ukrayna böhranı bizim üçün əsas mövzulardan olacaq. Biz hücumların növbəti dalğasını müşahidə edirik, bu artıq müharibədir". Sabiq baş nazir həmçinin vurğulayıb ki, “Böyük iyirmiliyin” Brisben sammit zamanı qərb liderlər Putinə onun siyasətinə necə yanaşdığını hiss etdirdilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm