Pakistanda 27 terrorçu öldürülüb
Bizi izləyin

Dünya

Pakistanda 27 terrorçu öldürülüb

Bu gün səhər saatlarında Döyüş təyyarələri Əfqanıstanla sərhəddə qəbilələrin yaşadığı yarı-muxtar Şimali Vəziristanın Dattaxel ərazisində şübhəli yaraqlı istinadgahlarını bombalayıb.

Publika.az xəbər verir ki, ordunun media qanadı mühüm komandirlər və əcnəbilər də daxil olmaqla, ən azı 27 terrorçunun oldürüldüyünü bildirib.

Hava hücumların dünən gecə Dattaxeldə 3 əsgər və 7 yaraqlının ölümü ilə nəticələnən qarşıdurmalardan sonra həyata keçirilib. Rəsmilər deyir ki, atışma zamanı daha 4 hərbi personal yaralanıb.

Dünən isə ordu yaydığı məlumatda Əfqanıstanla sərhəd bölgədə 30 yaraqlının öldürüldüyü bildirilmişdi.

Pakistan ordusu iyun ayından bəri "Zarb-e-Azb" adlı Vəziristan hərbi əməliyyatı həyata keçirir. Rəsmilər bildirib ki, hücumlar nəticəsində sübhəli terrorçular 90 faiz ərazidən təmizləmək mümkün olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm