Ukraynada vurulan təyyarənin qalıqları yığılır
Bizi izləyin

Dünya

Ukraynada vurulan təyyarənin qalıqları yığılır

Hollandiya Ukraynanın şərqində qəzaya uğramış MH17 reysin təyyarəsinin qalıqılarını yığılmağa başlayıb.

Publika.az xəbər verir ki, Hollandya rəsmiləri qalıqların yığılmasının bir neçə gen çəkəcəyini bildiriblər. Yığım işləri başa çatdıqdan sonra təyyarə qalıqlarının təhlil edilməsi üçün Ukraynadan Hollandiyaya daşınacağı gözlənilir.

Hollandiya höküməti ölənlərin əksəriyyətinin bu ölkədən olduğuna görə, qəzanın araşdırılmasına görə əsas vəzifəni üzərinə götürüb

Hollandiya rəsmilərinin bəyanatına əsasən, qəzaya uğramış təyyarənin füzelyajı toplanmış qalıqlar əsasında rekonstruksiya olunacaq, bundan sonra ekspertlər onun qəzaya uğramasının səbəblərinin araşdırılmasına başlayacaqlar.

Qeyd edək ki, MH17 reysilə Amsterdamdan Kuala Lumpura uçan Boeing 777 təyyarəsi iyulun 17-də Ukrayna səmasında vurulub. Nəticədə təyyarənin göyərtəsində olan 298 adamın hamısı həlak olub.

Ölənlərin 177 nəfəri hollandiyalı, 44 nəfəri malayziyalı, 27 nəfəri avstraliyalı, 12 nəfəri indoneziyalı, 9 nəfəri isə britaniyalı, digərləri isə Almaniya, Belçika, Filippin, Kanada və Yeni Zelandiya vətəndaşları olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm