Millət vəkilinə sui-qəsd: 3 ölü, 17 yaralı
Bizi izləyin

Dünya

Millət vəkilinə sui-qəsd: 3 ölü, 17 yaralı

Əfqanıstanın paytaxtı Kabildə millıət vəkilinə sui-qəsd törədilib.

Publika.az xəbər verir ki, kamikadze bomba quraşdırılmış avtomobili millət vəkili Şükriye Barekzainin avtomobilinin yanında partladıb. Nəticədə 3 nəfər ölüb, 17 nəfər yaralanıb. Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, ölənlərdən bir uşaqdı. Millət vəkilinin avtomobilinin zirehli olmsı onu ölümdən qoruyub. Amma xəsarətsiz ötüşməyib.

Partlama o qədər şiddətli olub ki, yaxınlıqdakı binaların divarları uçub, 3 maşın tamamilə yarasız vəiyyətə düşüb.

Hələlik terror aktının məsuliyyətini heç kəs öz üzərinə götürməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm