Qərb, yoxsa Rusiya: Moldova kimi istəyir? – Sorğu
Bizi izləyin

Dünya

Qərb, yoxsa Rusiya: Moldova kimi istəyir? – Sorğu

Moldovada parlament seçkiləri yaxınlaşdıqca, “Qərb, yoxsa Rusiya?” polemikası daha da dərinləşir. Rusmeyilli siyasi qüvvələr Moldovanın iqtidarda olan avropameyilli koalisiyadan ölkənin siyasi kursunun müəyyənləşdirilməsi üçün referendumun keçirilməsini tələb edir.

Moldova Respublikasının NATO-ya və Avropa İttifaqına birləşməsi haqqında referendum keçiriləcəyi halda əhalinin hansı hissəsi suala müsbət və ya mənfi cavab verəcək?

Publika.az-ın mətbuata istinadən verdiyi məlumata görə, İMAS İnstitutu bu suala cavab tapmaq üçün sorğu keçirib.

Sorğunun nəticəsinə görə, respondentlərin əksəriyyəti - 46 faizi ölkənin NATO üzvlüyünün əleyhinədir. Sorğuda iştirak edənlərin yalnız 25 faizi NATO-ya üzvlüyün tərəfdarıdır.

Moldovanın Qərbə və Rusiyaya yaxınlaşmasının tərəfdarı olan respondentlərin sayı bərabərdir: 44 faiz. Respondentlərin 12 faizi isə suala cavab verməyiblər. İMAS-ın direktoru Dora Petrusi bildirib ki, Avropa İttifaqı və Gömrük İttifaqına üzv olmaq istəyənlərin də sayı təxminən bərabərdir. Əgər bu gün Avropa İttifaqına Moldovanın birləşməsi haqqında referendum keçirilərsə, əhalinin 51 faizi müsbət cavab verəcək, 35 faizi isə buna qarşı çıxacaq. Eyni zamanda, əgər referendum Gömrük İttifaqına giriş üçün olarsa, 49 faiz respondent buna tərəfdar olar, 32 faizi isə qarşı çıxardı.

Sorğunun nəticələri göstərir ki, respondentlərin 48 faizi Rusiya Moldovaya hərbi müdaxilə edəcəyindən narahatdır. Respondentlərin 24 faizi müəyyən dərəcədə narahatdır, 21 faizi isə Rusiyanın hərbi müdaxiləsini gözləmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm