Türkiyədə qalmaqal bitdi: həbs edilənlərin cinayətkar olduğuna dair heç bir dəlil yoxdur
Bizi izləyin

Dünya

Türkiyədə qalmaqal bitdi: həbs edilənlərin cinayətkar olduğuna dair heç bir dəlil yoxdur

İstanbul prokurorluğu Türkiyədə keçən il 17 dekabrda keçirilən antikorrupsiya tədbirləri nəticəsində həbs edilənlərin cinayətlərini təsbit edəcək heç bir dəlilin olmadığını bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verib.

Məlumata görə, prokurorluq bundan əvvəl antikorrupsiya tədbirləri zamanı saxlanılan və daha sonra sərbəst buraxılan iş adamlarının mobil telefonlarının və şəxsi əşyalarının geri qaytarılması haqqında qərar verib.Bundan əvvəl Türkiyə məhkəməsi iş adamı Rza Zərrab haqqında qarar qəbul etmişdi və iş adamının əmlakının satışına və bağışlanmasına dair qərar ləğv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm