• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Obamanın yeni İŞİD strategiyasında Ankaranın lobbi rolu

  • Dünya
  • 17 Noyabr 2014 11:49
  • 284 Baxış
Obamanın yeni İŞİD strategiyasında Ankaranın lobbi rolu

Xəbər verildiyi kimi, ABŞ prezidenti Barak Obama “İslam Dövləti" (İŞİD) qruplaşması ilə mübarizə strategiyasını təkrar gözdən keçirmək barədə göstəriş verdi. Vaşinqtonda Suriya lideri Bəşər Əsədin dəyişdirilməsini nəzərdə tutmayan ilk planının səhv olduğu hesab olunub.

Publika.az-ın “Nezavisimaya Qazata”ya istinadən verdiyi məlumata görə, hazırda ABŞ Dövlət Administrasiyası hesab edir ki, İŞİD üzərində qələbə Dəməşqdə siyasi dəyişikliklər və Suriya prezidentini hakimiyyətdən kənarlaşdırmadan mümkün görünmür.

Ağ Ev keçən həftə milli təhlükəsizlik sahəsində çalışan mütəxəssislərlə dörd görüş keçirib. Bu görüşlərdən birincisinə Obama sədrlik edib.

ABŞ müttəfiqlərin dəstəyi ilə avqust ayından etibarən İraqda İŞİD döyüşçülərinin mövqelərinə aviazərbələr endirməyə başlayıb. Sentyabrın 23-də isə Dəməşqin icazəsinə ehtiyac duymadan Suriyada İŞİD-ə qarşı hava əməliyyatına start verib. Suriyadakı hərbi əməliyyatlar qərbyönümlü müxalifətin döyüş hazırlığına vaxt qazandırmalı idi. Qərbyönümlü müxalifət rolunda isə Azad Suriya ordusu çıxış edir. ABŞ Dövlət Administrasiyası bir il ərzində 5 min döyüşçünun hərbi hazırlığı və geyimi üçün 500 milyon dollar ayrılması ilə bağlı Konqresə də müraciət etmişdi.

Azad Suriya Ordusu hazırda iki cəbhədə mübarizə aparır: hökumət güclərinə, eyni zamanda İŞİD, “Əl-Nusra" Cəbhəsi və digər qruplaşmalara qarşı. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbinin sözlərinə görə, üsyançılar arasında seçimin aparılması üç aydan beş aya qədər, onların sonrakı hazırlığı üçün isə 8-9 ay vaxt lazım olacaq. CNN xəbər verir ki, plan Türkiyə və Səudiyyə Ərəbistanı nümayəndələri ilə bir yerdə hazırlanır. Amma Dövlət Administrasiyasında müəyyən şübhələr var: Azad Suriya Ordusu pis hazırlana bilər. Həm də Kirbinin dediklərini nəzərə alsaq, Azad Suriya Ordusunu tam hazır vəziyyətə gətirmək üçün bir ilə qədər vaxt lazım olacaq. Hadisələrin hazırkı gedişatından sonra Vaşinqton Dəməşqdə rejimin dəyişdirilməsinin vacibliyinə əmin olub. Halbuki Əsədin devrilməsinə nail olmadan İŞİD-in məhv edilməsinin qeyri-mümkünlüyü Ankara və bir sıra ərəb monarxiyaları tərəfindən dəfələrlə dilə gətirilmişdi.

Rusiyalı analitik Aleksandr İqnatenko Rusiyanın "Nezavisimaya qazeta” nəşrində bildirib ki, hazırkı vəziyyətdə Türkiyə və bir sıra ərəb monarxiyaları ABŞ-a əhəmiyyətli təsir göstərir. Onun sözlərinə görə, Suriya böhranının başlanğıcından Qətər və Türkiyə müttəfiqlik edib. Rusiyalı analitikə görə, Əsədin devirilməsi ilə Qətər və digər ərəb monarxiyaları Suriyanın ərazisinə nəzarət etməyi planlaşdırırdı. A.İqnatenkonun fikrincə, Obama administrasiyasının İŞİD strategiyası ilə bağlı mövqe dəyişikliyi Amerika rəhbərliyində respublikaçıların təsirinin əhəmiyyətli dərəcədə artması ilə bağlıdır.

“Səudiyyə Ərəbistanı, həmçinin Türkiyə respublikaçılar vasitəsilə öz maraqlarının yerinə yetirilməsi üçün böyük imkanlara malikdir. Xatırlamaq kifayətdir ki, Corc Buş ailəsi Səudiyyə Ərəbistanı və digər ərəb monarxiyaları ilə sıx bağlıdır”, - deyə A.İqnatenko vurğulayıb.

Beynəlxalq Təhlükəsizlik Mərkəzinin (İMEMO) və Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Stanislav İvanov hesab edir ki, Obamanın bəyanatları, eləcə də İŞİD strategiyasının dəyişməsi beynəlxalq koalisiyanın Əsəd hökumətinə qarşı hansısa birbaşa hərbi əməliyyatları anlamına gəlmir: “ABŞ birbaşa hərbi müdaxiləni düşünmür. Bunun əvəzinə ABŞ Azad Suriya Ordusunun gücləndirılməsinə diqqətini artıracaq. Hesablamalar onu göstərir ki, blokada taktikası gec-tez meyvələri gətirəcək və Əsədi Vaşinqton və NATO-nun birbaşa hərbi müdaxiləsi olmadan devirmək mümkün olacaq”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR