Ukraynada vurulan təyyarənin yeni görüntüləri ortaya çıxdı – VİDEO
Bizi izləyin

Dünya

Ukraynada vurulan təyyarənin yeni görüntüləri ortaya çıxdı – VİDEO

Malayziyaya məxsus “Boinq 777” təyyarəsinin Ukrayna səmasında vurulmasından dərhal sonra çəkilən yeni video ortaya çıxıb.

Publika.az “Sözçü”yə istinadən xəbər verir ki, bu ilin iyul ayının 17-də Hollandiyanın Amsterdam şəhərindən Malayziyanın paytaxtı Kuala-Lumpura gedən Malayziya Hava Yollarına aid “Boinq-777” təyyarəsi Rusiyapərəst separatçılar tərəfindən Ukrayna ərazisində vurulub. Təyyarədə olan 298 nəfərin hamısı həlak olub.

Təyyarənin qəzaya uğramasından dərhal sonra çəkilən yeni video ortaya çıxıb. “RT” televiziya kanalının yayımladığı həvəskar kamera çəkilişində yüksələn alov və qara tüstü görünür. Ətrafdakı insanlar təlaşlı vəziyyətdə vurnuxurlar.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm