Bjezinskidən Moskvaya xəbərdarlıq: “Bu, rus ruletkasına bənzəyir”
Bizi izləyin

Dünya

Bjezinskidən Moskvaya xəbərdarlıq: “Bu, rus ruletkasına bənzəyir”

“Putinin ideologiyası "tam çiçəklənmə” dövrünü yaşayır. Rusiya öz böyüklüyü haqqında illüziyalara əsaslanaraq qüdrətdən danışmağa başlayıb”.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin təhlükəsizlik məsələləri üzrə məsləhətçisi, beynəlxalq məsələlər üzrə analitik Zbiqnev Bjezinski Amerika Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində söylədiyi mühazirədə deyib.

Qərbdə Rusiya siyasətinin ən yaxşı bilicilərindən sayılan Bjezinskinin sözlərinə görə, Kreml “Avropanın bölünməsi” və “Avropa-Amerika ittifaqının sındırılması” strategiyalarını ardıcıllıqla reallaşdırır.

Amerikalı analitik Rusiya prezidenti Vladimir Putinin Qərbi atom silahı ilə hədələdiyini xatırladıb: “Son onilliklərə qədər adət etdiyimiz fikir budur ki, heç kim atom intiharına cəhd etmir. Atom silahından istifadə etmək rus ruletkası oyunundakı kimi, tapançanı öz gicgahına dirəmək anlamına gəlir”.

Öz çıxışında Ukraynadakı müharibəyə də toxunan Z.Bjezinski qeyd edib ki, bu ölkədə daxili problemlərin yaradılması Rusiyanın əsas məqsədidir: “Putin müharibəyə qərar verib”.

Onun fikrincə, Ukrayna Rusiya ilə vuruşmaq arzusunu özünə qaytarmağa məcburdur: “Yalnız bu halda Putini planlarının üstündən xətt çəkməyə məcbur etmək olar. ABŞ və NATO-nun başqa ölkələri Ukraynaya silah verməli idilər. Bununla ukraynalılar Rusiyadan müdafiə oluna bilərdilər. Söhbət ciddi müdafiə silahından gedir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm