Ordu, polis, jandarm bir nazirliyə tabe olacaq – ŞOK İDDİA
Bizi izləyin

Dünya

Ordu, polis, jandarm bir nazirliyə tabe olacaq – ŞOK İDDİA

Türkiyə Silahlı Qüvvələri, Daxili İşlər Nazirliyi, Milli Kəşfiyyat İdarəsi və Jandarm “Təhlükəsizlik Nazirliyi” adlı bir nazirliyə tabe olacaq. Təhlükəsizlik naziri postuna isə Hakan Fidanın təyin ediləcəyi iddia edilib.

Publika.az “Sözçü”yə istinadən xəbər verir ki, Türkiyədə keçirilən “17 dekabr” rüşvət əməliyyatından sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı başladılan əməliyyatların ardı-arası kəsilmir. İndi də Türkiyə Silahlı Qüvvələri, Daxili İşlər Nazirliyi, Milli Kəşfiyyat İdarəsi və Jandarmın yeni qurulacaq “Təhlükəsizlik Nazirliyi” adı bir nazirliyə tabe olması üçün layihə hazırlanıb. Gələn il Türkiyədə parlament seçkisindən sonra “Təhlükəsizlik Nazirliyi” qurulacaq və nazir postuna da MİT-in hazırkı rəhbəri Hakan Fidanın təyin ediləcəyi iddia edilib.

Layihənin maraqlı tərəfi budur ki, Təhlükəsizlik Nazirliyi yaradılandan sonra Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi ləğv edilməyəcək. Sadəcə bu qurumların səlahiyyətləri azaldılaraq əsas səlahiyyətlər Təhlükəsizlik Nazirliyinə veriləcək.

İddialara görə Hakan Fidan AKP hökumətinin ən sadiq və ən ciddi kadrlarındandır. Prezident seçkisindən sonra yeni qurulan Nazirlər Kabinetində onun adının olmaması bəzi spekulyasiyalara yol açıb. Lakin iddiaya görə Hakan Fidanın adı “Təhlükəsizlik Nazirliyi” layihəsinə görə Kabinetə əlavə edilməyib. Versiyalara görə, parlament seçkisindən sonra MİT rəhbəri Hakan Fidana daha ciddi və daha aktiv vəzifə verilməsi gözlənilir.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm