İtaliya İŞİD-ə qarşı dörd qırıcı göndərəcək
Bizi izləyin

Dünya

İtaliya İŞİD-ə qarşı dörd qırıcı göndərəcək

İtaliya hökuməti İŞİD terror təşkilatına qarşı yaradılan beynəlxalq koalisiya qüvvələrinin hava hərəkatında iştirak etmək üçün dörd qırıcı göndərəcəyini bildirib.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, İtaliya müdafiə naziri Roberta Pinotti və Ali Baş Qərargah rəisi admiral Luiqi Mantelli mətbuata açıqlama veriblər. Açıqlamada İtaliyanın “Tornado” qırıcılarının koalisiya qüvvələrinin İŞİD-ə qarşı hava hücumlarında iştirak edəcəyi qeyd olunub.

Qırıcıların bombardmana qatılmayacağı, sadəcə kəşfiyyat xarakterli uçuşlar edəcəyi vurğulanıb. İtaliyanın “ANSA” xəbər agentliyinin hərbi mənbələrə əsasən verdiyi xəbərə görə, “Tornado”lar Küveytdə yerləşdiriləcək.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm