• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Putindən Krım etirafı: “Gizlətməyəcəyəm, biz bunu etdik” – VİDEO

  • Dünya
  • 17 Noyabr 2014 14:31
  • 484 Baxış
Putindən Krım etirafı: “Gizlətməyəcəyəm, biz bunu etdik” – VİDEO

Rusiya Federasiyasının prezidenti Vladimir Putindən Krımın işğalı zamanı baş verən hadisələrlə bağlı bir etiraf gəlib.

Publika.az xəbər verir ki, Kreml rəhbəri Almaniyanın ARD telekanalına verdiyi müsahibəsində qan tökülməsinə imkan verməmək üçün Krımda Ukraynanın silahlı qüvvələrini mühasirəyə aldığını bildirib.

“Bəli, mən gizlətmirəm. Bu, heç vaxt gizlətmədiyimiz faktdır ki, biz Krımda Ukraynanın silahlı qüvvələrini mühasirəyə aldıq. Amma onun üçün yox ki, kimlərisə səs verməyə məcbur etmək istəyirdirk. Bunu etmək mümkün deyildi. Biz qan tökülməsinə imkan verməmək, insanlara özlərinin şəxsi iradəsini ifadə etməyə imkan vermək üçün bunu etdik”, - deyə V.Putin qeyd edib.

O, həmçinin əlavə edib ki, Krımın Rusiyaya birləşdirilməsinə beynəlxalq reaksiyanı qeyri-adekvat sayır: “Biz tez-tez iddialar eşidirik ki, Rusiya beynəlxalq hüququ pozub. Amma bu iddialar məndə təəccübdən başqa heç bir hiss oyatmır”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR