• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ankara Universitetində üsyan – SON DƏQİQƏ

  • Dünya
  • 17 Noyabr 2014 14:03
  • 546 Baxış
Ankara Universitetində üsyan – SON DƏQİQƏ

Bu gün səhər saatlarında Türkiyənin Ankara Universitetində olaylar yaşanıb. Nəticədə rəhbərlik universitetdə üçgünlük tətil elan edib.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, Ankara Universitetinin Səhiyyə korpusunda təhlükəsizlik yoxlamasından keçmədən binaya girmək istəyən bir qrup tələbə ilə polis əməkdaşları arasında insident baş verib. Polislər tələbələri sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə edib. İnsident zamanı bir neçə tələbə saxlanılıb.

Ankara Universitetinin rəhbərliyi korpusu boşaldaraq, dərslərə üç gün ara verib.

Qabil

Xəbər lenti

DAHA ÇOX XƏBƏR