• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Avropa bütün “qara ssenarilər”ə hazır olmalıdır”

  • Dünya
  • 17 Noyabr 2014 15:29
  • 323 Baxış
“Avropa bütün “qara ssenarilər”ə hazır olmalıdır”

“Avropa Birliyi Ukraynada "qara ssenarilər” üzrə hadisələrin inkişafına hazır olmalıdır”.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Birliyi ölkələr xarici işlər nazirlərinin görüşündən əvvəl Polşa xarici işlər naziri Qjeqoj Sxetina bildirib.

“Mən ümid edirəm ki, xarici işlər nazirlərinin görüşündə ciddi danışıqlar olacaq. Biz Rusiyanın şərqi və cənubi Ukraynaya təcavüzünün qarşısını almaq üçün ssenari yazacağıq. Avropa Birliyi belə “qara ssenarilər”ə hazır olmalıdır", - deyə Sxetina qeyd edib.

Onun sözlərinə görə, belə vəziyyətdə ayrı-ayrı şəxslərin maliyyə aktivlərin dondurulması üzrə siyahının genişləndirilməsi kifayət etməyə bilər.

Eyni zamanda, Litvanın xarici işlər naziri Linas Linkyaviçyus bildirib ki, nazirlər iqtisadi də daxil olmaqla, sanksiyaların bütün mümkün növlərini müzakirə etməlidir.

İki həftə sonra Avropa Şurasının sədr vəzifəsini icra etməyə başlayacaq Polşanın sabiq baş naziri Donald Tusk deyib ki, Ukrayna böhranı onun rəhbərliyinin altında Avropa Birliyinin birinci sammitinin əsas mövzusu olacaq: “Ukrayna böhranı bizim üçün əsas mövzulardan olacaq. Biz hücumların növbəti dalğasını müşahidə edirik, bu artıq müharibədir”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR