Ukrayna prezidenti: “Rusiya ilə müharibəyə hazırıq”
Bizi izləyin

Dünya

Ukrayna prezidenti: “Rusiya ilə müharibəyə hazırıq”

“Ukrayna ən pis ssenarilərə, həmçinin Rusiya ilə müharibəyə hazırdır”.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Almaniyanın “Bild” nəşrinə müsahibəsində deyib.

Dövlət başçısı Ukrayna ordusunun beş ay əvvəlki ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşı vəziyyətdə olduğunu deyib: “Bundan başqa, bütün dünya bizi dəstəkləyir. Bizim əsgərlərimiz göstərdilər ki, öz ölkəsini qorumağı bacarırlar. Ukrayna yalnız sülh istəyir, amma təəssüf ki, ən pis ssenarilərə baxmağa məcburuq. Mənim ölkəmdə minlərlə Rusiya hərbçisi, yüzlərlə tankı və ağır artilleriya sistemi var. Dünyanın ən böyük ordulardan biri bizi və bütün Avropanı hədələyir”.

Ukrayna prezidenti Rusiya ordusuna qarşı hərbi hərəkətlərdən də qorxmadığını bildirib. O, Rusiya ilə tammiqyaslı müharibə ssenarisinə hazır olduğunu dilə gətirib.

Poroşenko qeyd edib ki, beynəlxalq cəmiyyətin dəstəyinə baxmayaraq, Ukrayna Avropa Birliyinin hərbi-texniki dəstəyinə ehtiyac duyur: "Bəzi ölkələr bizə bu cür kömək göstərir. Əminəm ki, bu köməyin həcmi artacaq".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm