Ukraynanın dörd təşkilatı “qara siyahı”ya salındı
Bizi izləyin

Dünya

Ukraynanın dörd təşkilatı “qara siyahı”ya salındı

Rusiya Ali Məhkəməsi Baş Prokurorluğun tələbini təmin edərək Ukraynanın “Sağ sektor” və "Ukrayna milli məclisi - Ukrayna xalq özünümüdafiəsi” (UNA-UNSO) təşkilatlarını ekstremist təşkilatlar kimi tanıyıb.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, adıçəkilən təşkilatların Rusiyanın ərazisində fəaliyyəti qadağan edilib.

UNA-UNSO 1990-cı ildən mövcuddur. "Sağ sektor" isə 2013-cü ilin sonunda yaradılmış milli-radikal birləşmədir. Daha sonra isə siyasi partiya formalaşdırılıb. Təşkilat Maydan hadisələri zamanı böyük şöhrət qazanıb. “Sağ sektor”un lideri Dmitri Yaroş bu il may ayında keçirilən prezident seçkilərində iştirak etsə də, bir faizdən də az səs toplayıb. Parlament seçkilərinə qatılan “Sağ sektor" seçicilərin 1,8 faiz səsini alaraq seçki baryerini keçə bilməyib.

Mart ayında isə “Sağ sektor” və UNA-UNSO-nun fəaliyyəti Krımın ərazisində qadağan edilib. Bundan başqa “Ukrayna üsyançı ordusu" və "Stepan Banderı adına Trizuba" Rusiyanın Ali Məhkəməsi tərəfindən ekstremist təşkilatlar kimi tanınıb. Onların hər ikisinin fəaliyyəti Rusiya və Krım ərazisində qadağan edilib.

Bu ilin mart ayında Rusiya İstintaq Komitəsi UNA-UNSO"-nun üzvləri olan İqor Mazur, Valeri Bobroviç, Dmitri Korçinski, Andrey Tyaqnibokov, Oleq Tyaqnibokov və digərləri barəsində cinayət işi qaldırılıb. Rusiya İstintaq Komitəsi həmçinin “Sağ sektoru”un lideri Dmitri Yaroş barəsində Rusiya Cinayət Məcəlləsinin 280-ci maddəsi ilə (ekstremizm və terrorizmə ictimai çağırışlar) cinayət işi qaldırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm