Buryatlar da Ukrayna müharibəsinə qoşuldu – FOTOLAR
Bizi izləyin

Dünya

Buryatlar da Ukrayna müharibəsinə qoşuldu – FOTOLAR

Ukrayna ilə sərhəddə yerləşən Rostov vilayətində Rusiyanın yeni hərbi qruplaşması aşkarlanıb.

Publika.az-ın “censor.net.ua” saytına istinadən verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələri Şərq hərbi dairəsinin 36-cı ümumqoşun ordusunun 5-ci ayrı tank briqadasının tərkibindəki batalyon taktik-qrupu Kiyev üzərinə gedir.

Bu barədə bloger İrakli Komaxidze yazıb. Hərbi bölmənin daimi dislokasiya yeri Rusiyanın Monqolustanla sərhəddə yerləşən Buryatiya Respublikasının paytaxtı Ulan-Ude şəhəridir. Əldə olunan fotomaterialar və informasiyaya görə, 5-ci tank briqadasının batalyon-taktik qrupu Rostov vilayətinə oktyabrın sonu-noyabrın əvvəlində yola salınıb.

“Batalyon-taktik qrupu Rostov vilayətinin Myasnikovski rayonunda yerləşdirilib. Bura strateji nöqteyi-nəzərdən həm Mariupol, həm də Donetsk istiqamətində irəliləmək üçün münasib yerdir”, - deyə Komaxidze bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm