Türkiyədə kömür mədənində 2 nəfərin meyiti tapıldı
Bizi izləyin

Dünya

Türkiyədə kömür mədənində 2 nəfərin meyiti tapıldı

Türkiyənin Karaman vilayətində faciə baş verən kömür mədənində iki işçinin meyiti tapılıb.

Publika.az “haberler.com”a istinadən xəbər verir ki, Karaman şəhərinin Ermenek rayonunda 18 işçinin yerin altında qaldığı mədəndə iki fəhlənin meyiti çıxarılıb. Daha 16 işçinin tapılması üçün axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, oktyabrın 28-də Xas Şəkərlər Mədənçilik Şirkətinə məxsus kömür mədənini su basıb. Nəticədə 18 nəfər yerin altında qalıb. Bundan sonra aralarında mədənin sahibi Saffet Uyar da olmaqla beş nəfər “bilərəkdən ölümə səbəb olmaq” ittihamı ilə həbs olunub.

Qabil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm