Separatçılar Donbasda 70 kilometr irəlilədilər
Bizi izləyin

Dünya

Separatçılar Donbasda 70 kilometr irəlilədilər

Donbas hövzəsində separatçılar Minsk protokolu ilə müəyyən olunan ayrılma xəttini 20-30, bəzi yerlərdə isə70 kilometr irəli çəkib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın xarici kəşfiyyat xidmətinin keçmiş sədri, Ukraynanın ordu generalı Nikolay Malomuj bu gün Kiyevdə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, separatçılar və Rusiya qoşunları bundan başqa ən azı 6 strateji obyekti tutmağı planlaşdırır.

“Biz Rusiyanın yeni strateji obyektlərin tutulması haqqında planlarından xəbərdarıq. Bunlar Donetsk aeroportu, həmçinin Peski, Avdeyevka, Sçaste, Debaltsevo və Mariupol yaşayış məntəqələridir. Bu obyektlər Rusiya qoşunlarının birbaşa hədəfindədir”, - deyə ukraynalı general vurğulayıb.

O, qeydedib ki, Rusiyadan Donbas hövzəsinə canlı qüvvə və hərbi texnikanın çatdırılması ötən həftə daha geniş şəkil alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm